Ukraynada baş verən hadisələrin ilk günlərində Xarkovda yaralanan və təxliyə problemi yaşayan azərbaycanlı sürücü ölkədən çıxarılıb. Bu haqda martın 19-da Report məlumat yayıb.
Yusif Bayramov Türkiyə vasitəsilə Azərbaycana yola salınıb. O, artıq bu gündən vətəndədir.
Qeyd edək ki, dünən də digər yaralı azərbaycanlı sürücü Samir Tahirov Ukraynadan evakuasiya edilib.