Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyanın Yassi şəhərindən daha 184 vətəndaşımız Azərbaycana təxliyə edilib. Onlardan 16-sı uşaqdır.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, indiyədək 10 minə yaxın vətəndaşımız Ukraynadan ölkəmizə təxliyə olunub. Təxliyə zamanı, əsasən, qadınlara, uşaqlara, ahıllara və səhhətində problem olanlara üstünlük verilib.
Ukrayna ilə həmsərhəd ölkələrdən vətəndaşlarımızın çarter reysləri və avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.