Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlb edilməsi məsələsinə aydınlıq gətirilib. Bu barədə martın 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Report-a məlumat verilib. Bildirilib ki, Azərbaycana gətirilən şagirdlərin məktəbə götürülməsi ilə bağlı heç bir çətinlik yaşanmır. “Müraciətlər olduqca şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi davam edir”, - deyə qurumun nümayəndəsi əlavə edib. Xarici İşlər Nazirliyinin yaydığı xəbərə görə, 14 mart 2022-ci il tarixinədək Ukraynadan Azərbaycana 7 500-dən artıq insan evakuasiya olunub.