Azərbaycana sosial-psixoloji reabilitasiya məqsədilə gətirilən ukraynalı uşaqlar Bakının tarixi məkanları - İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvarla tanış olublar.
Bu barədə İnsanoid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bu gün, 20 iyun tarixində xəbər verir.
Növbəti günlərdə uşaqların Atəşgah məbədi, Yanardağ abidəsi və bölgələrə səfərləri planlaşdırılıb. Eyni zamanda ukraynalı uşaqların Bakı və bölgələrdə (Qəbələ, Şəki) qrup terapiyaları, meditasiyaları və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb olunmaları, milli mətbəxlə tanış edilmələri də nəzərdə tutulub.
[caption id="attachment_183278" align="alignnone" width="696"]
Foto Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi[/caption]