Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Qurtuluş Günü münasibətilə Heydər Əliyev adına parkda ulu öndərin abidəsi önünə əklil və gül dəstələri düzülüb. Bu haqda Report 14 iyun tarixində xəbər verib.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev başda olmaqla səfirliyin kollektivi, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna filialının nümayəndələri və digər qonaqlar Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzərək onun xatirəsini anıblar.