Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kadr təyinatı olub. Bu barədə Report 25 dekabr tarixində xəbər verib.
Rektor Ədalət Muradovun əmri ilə Fariz Əhmədov UNEC-in Elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunub.
F.Əhmədov bundan əvvəl ali təhsil müəssisəsinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru vəzifəsində çalışıb.