Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev Göygöl Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi vəzifəsinə təyin edilib.
Report-un xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Hacıyev Yusif Faiq oğlu Bakı Dövlət Universitetini bitirib. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.