Vətən müharibəsindən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub.
Bu barədə 1 may tarixində Report Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumata istinadən məlumat verib.
“2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdığı minaların partlaması nəticəsində hərbi qulluqçular və mülki şəxslər olmaqla ümumilikdə 299 nəfər mina qurbanından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.