Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov növbəti vətəndaş qəbulu keçirib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
İyulun 18-də və 19-da Mingəçevir Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirilib.
Şəhər Polis Şöbəsinin inzibati binasında Yevlax, Ağdaş, Ucar, Şuşa, Tərtər, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 96 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. 32-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.