Bakıda "Vosmoy bazarı" kimi tanınan ticarət mərkəzi ləğv olunub. Bu barədə Report 30 noyabr tarixində xəbər verib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindəki məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 38 K ünvanına bildirə bilərlər.
"8-ci km Ticarət Mərkəzi" 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,031 milyon manatdır.