Azərbaycanda "WhatsApp+" istifadəçilərinə təcili xəbərdarlıq edilib. Bu barədə 26 yanvar tarixində texnobloger Fərid Pərdəşünas öz “Facebook” hesabında bildirib.
Onun sözlərinə görə, hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır: "Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsalar da, əslində “WhatsApp+”da olan "arxa qapı" sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur.
“WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir".