"Meta" şirkəti "WhatsApp"da yaranan iki saatlıq fasilənin səbəbini açıqlayıb.
Açıqlamada bunun "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib. "Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, dünən, oktyabrın 25-də saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp”ın işində problem yaranıb. Fasilə iki saat davam edib.
Sonuncu dəfə sosial şəbəkədə problem ötən il yaranmışdı.