Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. Lakin bu baxımdan ən az beynəlxalq dəstək alır. Report xəbər verir ki, bunu aprelin 1-də Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva deyib.
Onun sözlərinə əsasən, işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən 1 milyondan çox mina basdırılıb: “Müharibə başa çatsa da, 2020-ci ilin noyabrından indiyədək 200-dən çox şəxs minaların qurbanı olub”.
Qurumun nümayəndəsi əlavə edib ki, dünən minatəmizləmə fəaliyyətinə həsr olunmuş konfrans iştirakçıları Ağdama səfər edib. Onların erməni işğalının fəsadları ilə əyani şəkildə tanış olduqları vurğulanıb.