Martın 17-də “Azərişığ”ın Xırdalanda yerləşən yarımstansiyasında yanğın baş verib. Bu barədə FHN məlumat yayıb.
Yanğın səbəbindən şəhərin bir çox hissələrində elektrik enerjisinin təchizatı dayandırılıb. Ümumi sahəsi 105 kvadratmetrlik yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü yanıb.
Yarımstansiyanın və evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.