Xaçmazda çörək zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub. Bu barədə 17 avqust tarixində Report məlumat verib.
Hadisə bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən çörək zavodunda baş verib.
Belə ki, zavodda fəhlə işləyən Quba rayonunun Zərdabi qəsəbə sakini, 2002-ci il təvəllüdlü Tele-Zadə Muxtar Hidayət oğlunun ehtiyatsızlıqdan qolu xəmirqarışdıran dəzgahda qalıb və ağır xəsarət alıb.
O, əməliyyat olunub, qolu amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.