Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 15 fevral tarixində xəbər verir.
“Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi zamanı Novruzov Üzeyir Telman oğlu hadisə yerində ölüb.
Quba rayonu 1-ci Nügədi kənd sakinləri Qonaqbəyov Cavid Murad oğlu və Məmmədov Balakişi Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.