Xaçmaz rayonunda 73 yaşlı kişinin meyiti tapılıb. Bu barədə 4 may tarixində Report məlumat verib.
Hadisə rayonun Qobuqıraq kəndində baş verib.
Belə ki, kənd ərazisində Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Şerşkov Aleksandr Alekseyeviçin meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.