Xaçmazda məskunlaşan qaraçılar arasında dava düşüb, xəsarət alan var. Bu barədə Report 3 iyul tarixində xəbər verib.
Hadisə rayonun Vəlvələçay körpüsünün yatağındakı çadırlarda Yevlaxdan gələrək köçəri məskunlaşan qaraçılar arasında qeydə alınıb.
Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Süleymanova Dilbər Siyasət qızı qonşu çadırda məskunlaşan qohumları ilə mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.