Gəndob-Xaçmaz-Yalama avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Bu barədə Report 1 avqust tarixində xəbər verib.
Hadisə Xaçmaz şəhərinin Bakı prospektindən keçən hissəsində baş verib.
"Mercedes" markalı minik avtomobili ilə "VAZ-21014" markalı minik maşınının toqquşması nəticəsində 22 yaşlı Vüsal Qayıbov, 23 yaşlı Süleyman Yaqubov və 21 yaşlı Cavid Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.