top
Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 101 illiyidir
25 oktyabr 2022, 03:36
- ↺ +

Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 101 illiyidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olub.

O, uşaqlıqdan həkim olmaq istəyirdi. Lakin bu istəyi mümkün olmadığından Nəcibə xanım aktrisa olmaq qərarına gəldi. Sənətkar 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək, Gəncə Dövlət Dram Teatrında işləməyə başlayıb. Məlikovanın Cəfər Cabbarlının “Yaşar” əsərində oynadığı Yaqut obrazı onun Gəncə teatrında ən uğurlu işi sayılır.

Gəncədə bir neçə tamaşada çıxış etdikdən sonra aktrisa Bakıya qayıdıb. Nəcibə Məlikova Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq, 1951-ci ildə oranı bitirib. Həmin təhsil müəssisəsində aktrisa Ədil İsgəndərovdan, Rza Təhmasibdən dərs alıb. Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa, 1952-ci ildən bu teatrda çalışmağa başlayıb. Burada o, Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasında Xumar, “Səyavuş”da Firəngiz, Cəfər Cabbarlının “Aydın”ında Böyükxanım, “Sevil”də Edilya, Sabit Rəhmanın “Əliqulu evlənir”də Yasəmən və başqa obrazları yaradıb.

Nəcibə Məlikova kinoaktrisa kimi də tanınıb. Məlikova “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala və digər filmlərdə müxtəlif rolları canlandırıb.

Aktrisa 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Nəcibə Məlikova 27 iyul 1992-ci ildə vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Mənbələr:
1. https://portal.azertag.az/az/encyclopedia/post/21511
2. https://kulis.az/xeber/media/eri-basqasi-ile-evlendi-intim-teklife-gore-rejissora-sille-vurdu-meymundan-qorxub-xesteliye-tutuldu-xalq-artisti-haqqinda-maraqli-faktlar-39564

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Bu gün, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Bu gün, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Bu gün, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Bu gün, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Bu gün, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Bu gün, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Bu gün, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Bu gün, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Bu gün, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Bu gün, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Bu gün, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
Dünən, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Dünən, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
07 noyabr 2026, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
07 noyabr 2026, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
07 noyabr 2026, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
07 noyabr 2026, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Oxşar xəbərlər