Baletmeyster Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə 6 fevral tarixində Report Mədəniyyət Nazirliyinə istinadən məlumat verib.
Rəfiqə Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub. O, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri idi.
O, Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.
Balerina bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.