Bakıda kafedə bıçaqlanma olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 15 noyabr tarixində xəbər verir.
Hadisə Yasamal rayonunun Alatava küçəsində yerləşən "Xəngəl evi" adlanan kafedə qeydə alınıb.
Elçin Cənnətalıyev münaqişə zəminində Elşad Ağayevi bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, Elçin Cənnətalıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.