Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsinin Xankəndi filialı xidmətə başlayıb. Bu barədə 20 dekabr tarixində APA məlumat verib.
Xalq marketi kimi tanınan “OBA” ordumuzun işğaldan azad etdiyi Xankəndi, Xocalı və Əsgəranda yaşayan əhali üçün indiyədək səyyar marketlərində satış həyata keçirirdi.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin 7 000-dən çox əməkdaşı var.