Ötən gün Xankəndi şəhərində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara aşkarlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 12 yanvar tarixində məlumat verir.
Bundan başqa, 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.