Xankəndi ərazisində 3 müxtəlif markalı avtomat və 1 tüfəng aşkarlanıb.
Bu barədə 11 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, bundan başqa, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 10-da şəhər ərazisində 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1 988 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.