Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 19 ədəd avtomat silahı, 4 ədəd tapança tapılıb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 16 yanvar tarixində məlumat verir.
Bundan başqa, 4 ədəd tüfəng, 1 qumbaraatan, 13 ədəd qumbara, 2792 ədəd müxtəlif çaplı patron, 64 patron darağı və digər sursatlar aşkar olunaraq götürülüb.