Xankəndi şəhərində silah-sursat aşkarlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 12 fevral tarixində xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silah, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.