Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Qarabağ" - MOİK oyununun təyinatları açıqlanıb. Bu barədə 21 dekabr tarixində APA məlumat verib.
Bu gün saat 14:00-da Xankəndidə baş tutacaq qarşılaşmanı Əli Əliyev idarə edəcək. O, bu stadionda fit çalacaq ilk hakim kimi tarixə düşəcək.
"Qarabağ" - MOİK
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Qeyd edək ki, Qarabağ - MOİK oyunu Xankəndi stadionundan CBC Sport-da canlı yayımlanacaq.