Xankəndiyə yeni polis rəisi təyin olunub. Bu barədə İnsanoid Report- a istinadən bu gün, 13 fevral tarixində xəbər verir.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Xankəndi Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Z.Nəsirov, eyni zamanda şəhərin komendantı vəzifəsini icra edəcək.
1980-ci il təvəllüdlü Z.Nəsirov Xankəndidə anadan olub. O, Bakı şəhər Xətai rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini və 2021-ci ildən isə Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.