Xəzər dənizində bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in əməkdaşları axtarışlara cəlb olunublar.