Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə 16 may tarixində Report Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədova istinadən bildirib.
Araşdırma zamanı balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Şirvan şəhər sakini Vidadi Dəmirov, Neftçala rayon sakinləri Salam Mənəfov, Vüqar Zeynalov olduqları müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - o qeyd edib.