Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin daha 236 nəfərlik qrupu Vətənə qayıdıb. Bu barədə Report 2 mart tarixində məlumat verib.
Xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.
Tədbirdə FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı general-leytenant İlham Abdullayev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın, general-mayor İlhan Şen, Media müşaviri Hüseyn Altınalan və mətbuat nümayəndələri iştirak ediblər.
Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti getmişdir.