Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparıldığını bildirib. Bu barədə 28 dekabr tarixində Report məlumat verib.
O, dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib ki, bu məsələ ilə bağlı rəsmi İrəvanın da müəyyən iddiaları var: "Biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında kimdəsə şübhə yoxdur. Bizim mövqeyimiz ədalətlidir".
Ceyhun Bayramov bildirib ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir: "Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər".