Abşeronda gənc qız özünü binadan ataraq intihar edib. Bu barədə 24 avqust tarixində Report məlumat verib.
Hadisə bu gün rayonun Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, bina 41-də baş verib.
16-17 yaşlı qız özünü yaşayış binasından ataraq ölüb.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. İlkin məlumata görə, gənc qızın həmin binada yaşamadığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, eyni binada qısa bir müddət ərzində baş verən ikinci intihar hadisəsidir. Cari ayın 12-si 15 yaşlı qız özünü binanın 17-ci mərtəbəsindən atmışdı.