Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Bu barədə Qafqazinfo 10 iyun tarixində xəbər verib.
Abşeron rayon sakini, 36 yaşlı Minayə Nuriyeva iyunun 8-də saat 17:00 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.
Belə ki, qadın dairəvi hərəkət edən beş qoşqudan ibarət, delfinşəkilli karuselin ikinci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.
M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.