Abşeronda yaşlı kişi bıçaqlanıb. Bu barədə oktyabrın 27-də APA xəbər verib.
Hadisə Xırdalan şəhər Heydər Əliyev prospektində yerləşən mənzillərin birində baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Ağstafa rayon sakini Müzəffər Qurbanov oğluna məxsus mənzildən çıxarkən naməlum şəraitdə bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.