Abşeronda avtomobil piyadanı vurub. Bu haqda noyabrın 1-də Report məlumat yayıb.
Hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Əhmədova Solmaz Əliqardaş qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.