Xırdalanda 21 min manatdan artıq dəyərdə oğurluq edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 21 noyabr tarixində məlumat verir.
Noyabrın 16-na keçən gecə Abşeron rayonunun Xırdalan şəhərində mağazaların birindən 21430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.