Abşeron rayonunda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə Report 25 may tarixində xəbər verib.
Xırdalan şəhərində motosiklet qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub.
Avtomobildə olan 5 yaşlı sərnişin M.Quliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.