Xırdalanda yıxılaraq başı daşa dəyən qadın ölüb. Bu barədə 10 fevral tarixində Report məlumat verib.
Belə ki, 1964-cü il təvəllüdlü Xırdalan şəhər sakini Fərqanə Quliyeva yaşadığı evin həyətində yıxılaraq başı yerdəki daşa dəyib.
Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.