Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb. Bu barədə 29 may tarixində Report məlumat verib.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Xocalı şəhərinə 24 ailə - 88 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.