Xocalı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 3 avqust tarixində xəbər verib.
Mədətkənd kəndində yük avtomobili idarəetmədən çıxaraq ağaca çarpılıb.
Qəza nəticəsində sürücü, Ağdam rayon sakini, 49 yaşlı Təyyar Əliyev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.