İşğaldan azad olunan Xocalı rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir. Bu barədə APA 7 fevral tarixində xəbər verib.
Bütün ölkədə olduğu kimi, burada da səhər saat 08:00-da məntəqələr açılıb.
Rayon ərazisində 124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd seçki dairəsinin 2 seçki məntəqəsi yaradılıb, 770 seçici qeydiyyata alınıb.
Xocalı rayonunun Təzəbinə kənd orta məktəbində yerləşən 106 saylı məntəqədə 546 seçici, Əsgəran qəsəbəsindəki uşaq bağçasında fəaliyyət göstərən 107 saylı məntəqədə isə 224 seçici var.
Səsvermə prosesini 26 müşahidəçi izləyir.