Xocalıda yol qəzası olub, xəsarət alan var. Bu barədə 4 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Yol-nəqliyyat hadisəsi rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb.
Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
[gallery link="file" size="full" columns="1" ids="107986"]