Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 15 mart tarixində xəbər verir.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini, 36 yaşlı Xəndan Teymurov "HOVO" markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.