top
“Xocəsən” metro stansiyasına müntəzəm avtobus marşrutları istifadəyə verilib
12 may 2023, 06:48
- ↺ +

“Xocəsən” metro stansiyasına müntəzəm avtobus marşrutları istifadəyə verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan - “Xocəsən” metro stansiyası - Ceyranbatan, Masazır - “Xocəsən” metro stansiyası - Masazır müntəzəm avtobus marşrutlarını istifadəyə verib.

Bu barədə İnsanoid Agentliyə istinadən bu gün, 12 may tarixində xəbər verir.

Marşrutlar Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin nəticəsinə əsasən, fəaliyyətə başlayıb.

Ceyranbatan qəsəbəsi - “Xocəsən” metro stansiyası istiqaməti üzrə 505 nömrəli marşrut xətti 6, Masazır qəsəbəsi - “Xocəsən” metro stansiyası istiqaməti üzrə 506 nömrəli marşrut xətti isə 7 orta tutumlu avtobusla sərnişinlərə xidmət göstərir. Saat 06:10-dan 22:00-dək sərnişindaşımanı həyata keçirən avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.

Uzunluğu 24,2 km təşkil edən Ceyranbatan qəsəbəsi - “Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: Ceyranbatan qəsəbəsi, Bakı Mühəndislik Universiteti, “AAAF Park” yaşayış kompleksi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Xırdalan dairəsi, Sulutəpə, “Xocəsən” metro stansiyası.

16,7 kilometrlik Masazır qəsəbəsi - “Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: “Abşeron City” yaşayış kompleksi, “Qurtuluş-93” yaşayış kompleksi, “Yeni Bakı” yaşayış massivi, Masazır dairəsi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Sulutəpə, “Xocəsən” metro stansiyası.

Şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir.

[caption id="attachment_115752" align="alignnone" width="696"]“Xocəsən” metro stansiyasına müntəzəm avtobus marşrutları istifadəyə verilib Foto AYNA-nın rəsmi saytı[/caption]

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər