Xocavənddə xarici şirkətlərdən birinə məxsus nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu haqda APA aprelin 8-də məlumat yayıb.
“Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar. Müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər. Bir müddət sonra avtomobili rayon ərazisindən oğurlayaraq Sumqayıta aparıblar.
Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, oğrular isə həbs olunub.