Xocavənd rayonunun Çartaz kəndi ərazisindəki arıçılıq təsərrüfatında baş verən partlayışın təfərrüatı açıqlanıb. Bu barədə 10 fevral tarixində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.
Hadisə arıçılıqla məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edəndə baş verib.
Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub.
“ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!”, - məlumatda qeyd olunub.
***
11:15