top
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
27 aprel 2023, 04:10
- ↺ +

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 27 aprel tarixində xəbər verir.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən avtomobil yolunun uzunluğu 56,4 km təşkil edir. Yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70,4 km-dir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46,2 km-lik hissəsi 1-ci, 46,2-56,4 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21,5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16,5 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində avtomobil yolunun 20,4-56,4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20,4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi 1-ci, 11-14 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42,5% işlərin icrası yekunlaşıb.

Bundan başqa, Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir.

Artıq layihə üzrə 80 dairəvi, 31 düzbucaqlı boru və 13 yeraltı keçid tikilib, 3 105 metr istinad divarı da inşa olunub.

Layihə üzrə ümumi uzunluğu 2 397 m-lik 8 ədəd tunel inşası da nəzərdə tutulur. Hazırda T-1 və T-2 tunellərində qazma və qrunt bərkitmə işləri davam edir.

Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər