Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Xudat şəhər sakini Elman Qasımov saxlanılıb. Bu barədə 9 aprel tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən Report məlumat yayıb.
Məlumata əsasən, həmin şəxsin üzərinə, eləcə də avtomobilinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.